Leo Dubois, “Young Boys” matçından sonra gündəmə gəlib

Bakı, 22 avqust, Sporaz.tv

Çempionlar Liqasının pley-off mərhələsində Galatasaray (Qalatasaray)-ın Young Boys (Yanq Boyz)-a 3:2 hesabı ilə uduzduğu matçda əvəzedici heyətlə meydana çıxan Leo Dubois statistikası ilə diqqət çəkib.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Galatasaray (Qalatasaray) səfərdə Young Boys (Yanq Boyz)-a 3:2 hesabı ilə uduzub. Sarı-qırmızılıların heyətində matçın 80-ci dəqiqəsində oyuna daxil olan Leo Dubois maraqlı statistikası ilə təəccübləndirib.

Young Boys (Yanq Boyz) matçının 80-ci dəqiqəsində Barış Alper Yılmazı Leo Dubois əvəzləyib. Lakin 29 yaşlı futbolçu, qalan dəqiqələrdə heç bir statistik məlumat verə bilməyib.