Leny Yoro transfer düyününü həll edəcək

Bakı, 17 iyul, Sporaz.tv

Leny Yoro ilə “Manchester United” və “Real” maraqlanır. “Lille” “Manchester United”in təklifini qəbul etsə də, gənc müdafiəçi “Real Madrid“ə transfer olmaq istəyir.

Sporaz.tv məlumat verir ki, Fransa Liqa 1 komandalarından olan “Lille”də çıxış edən Leny Yoronun bu yay komandadan ayrılacağı gözlənilir.

“Manchester United” və “Real Madrid” müqaviləsinin son ilinə qədəm qoyan 18 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Guardian”da çıxan xəbərdə “Manchester United”in “Lille”ə 62 milyon avroluq təklifinin qəbul edildiyi bildirilib.

“Manchester United”in futbolçunun agenti ilə müqavilə şərtlərini müzakirə etdiyi, lakin Yoro karyerasını “Real Madrid”də davam etdirmək istədiyi bildirilib.

Xəbərdə Yoronun müqaviləsi 2025-ci ildə başa çatacağı üçün Lillenin futbolçu ilə bu yay yollarını ayırmaq istədiyi bildirilib.

Yoro gələn yay azad agent olacağından, gənc futbolçunun komandadan ayrılacağı təqdirdə “Lille” heç bir transfer haqqı ala bilməyəcək.

İspan mətbuatının əvvəlki xəbərlərində Yoronun müqaviləsinin bitməsinə 1 il qaldığı üçün Real Madridin yüksək transfer haqqı ödəmək istəmədiyi qeyd edilmişdi.