“Leicester”dən “Galatasaray”a Wilfried Zaha üçün transfer şərti

Bakı, 16 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqasının bəzi komandaları Galatasaray (Qalatasaray)-dan ayrılmaq qərarına gələn Wilfried Zahanı heyətlərinə qatmaq istəyirlər.

Sporaz.tv xəbər verir ki, Vilfrid Zahanın Galatasaray (Qalatasaray)-dakı taleyi maraq doğurur.

Komandadan ayrılmaq qərarına gələn və İngiltərə Premyer Liqası komandaları ilə əlaqə saxlayan Zahanın maaşı transferə ən böyük maneədir.

Galatasaray (Qalatasaray)-da illik dəyəri 8,8 milyon avro olan Wilfried Zahanın İngiltərədə bu maaşı ala bilməsi üçün klublar futbolçuya vergilər daxil olmaqla 17 milyon avro ödəməlidir.

Zaha ilə ən ciddi əlaqələri quran “Leicester City“, futbolçunun transferi üçün Galatasaray (Qalatasaray)-a şərt qoyub.

“Qalatasaray”ın Zahanın maaşının bir hissəsini ödəyəcəyi təqdirdə “Leicester”, transferin reallaşa biləcəyini bildirib.

“Leicester”-dən başqa, futbolçu ilə danışıqlar aparan digər komanda “Crystal Palace” da qiymət məhdudiyyətinə fikrindən daşınıb.

31 yaşlı Wilfried Zahanın “Galatasaray”la daha 2 illik müqaviləsi var.

Ötən mövsüm 42 matçda meydana çıxan Zaha, 10 qol vurub, 5 məhsuldar ötürmə edib.