“Leicester”, “Tottenham”ı Vardy ile dayandırdı

Bakı, 20 avqust, Sporaz.tv

Leicester City“(Lester Siti), İngiltərə Premyer Liqasına qayıtmasının ilk həftə matçında 37 yaşlı mərkəz hücumçusu Jamie Vardynin qolu ilə “Tottenham“dən 1 xal aldı.

Sporaz.tv məlumat verir ki, İngiltərə Premyer Liqasının ilk həftəsinin qapanış matçında “Leicester City” və “Tottenham” üz-üzə gəlib. “King Power” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Tottenham”, 29-cu dəqiqədə Pedro Porronun vurduğu qolla 1-0 önə keçib.

Premyer Liqanın yeni komandası “Leicester” 57-ci dəqiqədə təcrübəli mərkəz hücumçusu Jamie Vardynin vurduğu qolla bərabərə qalıb.

Meydandan hərəyə bir xalla ayrılan komandalardan biri olan “Leicester” ilk həftəni 11-ci, “Tottenham” isə 12-ci pillədə qapayıb.

İngiltərə Premyer Liqasında gələn həftə “Leicester City” “Fullham”i, “Tottenham” isə “Everton”u qəbul edəcək.