Bakı, 4 noyabr, Sporaz.tv
Charles Leclerc “Ferrari“nin yağışda və mövsümün qalan hissəsində yaşadığı çətinliklərlə bağlı fikirlərini bölüşüb.
Sporaz.tv xəbər verir ki, “Ferrari” pilotu Charles Leclerc bildirib ki, SF-24 yaşda zəif performans göstərdiyinə və komandanın strategiya səhvlərinə görə problemli yarış keçirib.
Leclerc, bəzi narahatlıqlarını ifadə edərək dedi: “Maşın həm sıralamada, həm də yarışda yaş və keçid təkərlərini bəyənmədi. Bunun üçün qismən mən də günahkaram, çünki təbii ki, komanda ilə birlikdə parametrləri müəyyənləşdiririk. Bu gün bu istiqamətdə getmək istəyirdik, lakin bu, şübhəsiz ki, səhv qərar idi. Yarışda sürətimiz yox idi. Əslində nəinki sürətimiz yox idi, maşın sürmək çox çətin idi, səhv etməmək çox çətin idi. Bütün bunlara baxsaq, bizim yeganə təsəllimiz iki “McLaren”i qabaqlamaq və çempionatda qalib gəlməkdir. İndi mövsümün son üç yarışı üçün hər şeyi bir araya gətirməliyik. Erkən pit-stop strategiyası da səhv idi, amma bu cür yarışda strategiya ilə səhv etməmək çox çətindir, çünki çoxlu qərarlar qəbul etməlisən. Yarış zamanı Ollie ve Lewislə tıxacın ortasında qaldım. O andan anladım ki, biz çox şey itirmişik. Sonra təhlükəsizlik maşını çıxdı və bu prosesdə 3-4 yer itirdik. Veqasda biz keçən il çox güclü idik, ona görə də ümid edirəm ki, bu il də güclü olacağam, amma bu il biz təkərlərin idarə edilməsində irəliyə doğru böyük bir addım atdıq, yəni soyuq şəraitdə hər şeyi geridə qoymuşuq. Las-Veqasda soyuq şəraitdə təkərlərin temperaturu ilə bağlı problemlərimiz ola bilər. Bununla belə, bu iki həftə ərzində düzgün hazırlıq görərək orada yaxşı səviyyədə olacağımıza ümid edirik”.
Məhəmməd Qasımov