Bakı, 23 oktyabr, Sporaz.tv
“LA Lakers” NBA-da “Minnesota Timberwolves“-ə 110-103 hesabı ilə qalib gəlib.
Sporaz.tv xəbər verir ki, qarşılaşmada yan-yana oynayan LeBron James və oğlu Bronny James NBA matçında meydançaya çıxan ilk ata-oğul dueti kimi tarixə düşüb.
39 yaşlı LeBron və 20 yaşlı Bronny 2,5 dəqiqə ərzində eyni meydançanı paylaşıblar.
LeBron James 16 xal, 5 ribaund və 4 asistlə oynadığı halda, Anthony Davis 36 xal, 16 ribaund, 4 asist, 1 top çalma və 3 blokla qələbədə böyük pay sahibi olub. Rui Hachimura 18 xal, 5 ribaund və 1 asistlə oynadığı halda, Austin Reaves 12 xal, 9 ribaund və 4 məhsuldar ötürmə ilə çıxış edib.
“Minnesota”-da Anthony Edwards 27 xal, 6 ribaund və 3 asist, Julius Randle 16 xal, 9 ribaund, 4 asist, Rudy Gobert isə 13 xal və 14 ribaundla yadda qalıb.