Lazar Samardzicin yeni komandası bəlli oldu

Bakı, 19 avqust, Sporaz.tv

Atalanta” bir müddət “Fenerbahçe“nin gündəmində olan Lazar Samardzicin yeni komandasıdır. A Seriyasının komandası Samardzicin transferini rəsmən açıqlayıb.

Sporaz.tv xəbər verir ki, yeni mövsüm öncəsi adı “Fenerbahçe”nin də maraqlandığı Lazar Samardzicin yeni komandası bəlli olub. “Atalanta” serbiyalı yarımmüdafiəçini “Udinese”dən transfer etdiyini rəsmən açıqlayıb.

“Atalanta” Lazar Samardzici opsion hüququ və şərti satınalma opsiyonu ilə icarəyə götürdüyünü açıqladı.

2023-24 mövsümündə “Udinese” ilə A Seriyasında 34 matça çıxan və 2382 dəqiqə meydanda olan Lazar Samardzic 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm