Lauriente üçün rəsmi “Fenerbahçe” açıqlaması

Bakı, 31 iyul, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “Sassuolo“nun baş direktoru Giovanni CarnevaliFenerbahçe“nin Armand Lauriente ilə maraqlanan klublar arasında olduğunu bildirib. Lauriente, “15-20 milyon avro ola bilər. Bu, seçə biləcəyimiz düzgün rəqəmdir” dedi.

Sporaz.tv xəbər verir ki, Giovanni Carnevali Sky Sports-da qatıldığı yayımda Armand Lauryentenin transferi ilə bağlı açıqlama verib.

Giovanni Carnevali Lauriente ilə maraqlanan klubların olduğunu və bu klublardan birinin də “Fenerbahçe” olduğunu bildirib.

Laurientenin transfer vəziyyəti ilə bağlı Carnevali, “Rəqəmlərdən əlavə, bu, onu istəyən klublardan da asılıdır. Lauriente başqa arzuları olan futbolçudur. Marsel də maraqlanır, Mourinho və “Fenerbahçe”də var. Bizim üçün önəmli olan nədir? Onun dəyəri 15-20 milyon avro ola bilər” dedi.

Futbol karyerasına “Rennes” akademiyasında başlayan Armand Lauriente daha sonra icarə əsasında “Orleans” və “Loriente” klublarında çıxış edib.

Gənc futbolçu 2022/23 mövsümündə “Sassuolo” ilə müqavilə imzalayıb.

Ötən mövsüm “Sassuolo” ilə aşağı liqaya düşən 25 yaşlı futbolçu 40 matçda 5 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bahar Rüstəm