Latsioda Tudor dövrü 3 aydan az davam etdi

Bakı,6 iyun,Sporaz.tv

O, İtaliya Birinci Futbol Liqası (Seriya A) komandalarından biri olan “Lazio“nun məşqçisi İgor Tudorla yollarını ayırıb.

Bir müddət “Karabükspor” və “Galatasaray”ı da çalışdıran 46 yaşlı Tudor martın 18-də başlayan “Lazio” karyerasını başa vurub.

Klubdan verilən açıqlamada xorvatiyalı çalışdırıcının istefa verdiyi bildirilib.

2023-24 mövsümündə son 16 turda UEFA Çempionlar Liqası ilə vidalaşan paytaxt komandası A seriyasını 7-ci pillədə başa vurub.