Lamine Yamalın atasına bıçaqla hücum

Bakı, 15 avqust, Sporaz.tv

Barcelona“nın gənc ispan futbolçusu Lamine Yamalın atası Mounir Nasraoui bıçaqla hücuma məruz qalıb.

Sporaz.tv xəbər verir ki, Mounir Nasraouinin Barselona yaxınlığındakı Mataro şəhərindəki parkinq yerində dəfələrlə bıçaqlandığı bildirilib.

Nəsrauinin qonşuları ilə mübahisə etdikdən sonra bıçaqla hücuma məruz qaldığı iddia edilib.

Badalona şəhərindəki xəstəxanaya çatdırılan 36 yaşlı Nəsrauinin həyatı üçün təhlükə olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırma başlatan İspaniya polisinin 3 nəfəri saxladığı qeyd edilib.

“Barcelona”nın son illərdə yetişdirdiyi mühüm istedadlardan biri olan Yamal, 2024-cü il Avropa Çempionatında (AVRO 2024) İspaniya Milli Komandası ilə çempionluq qazanıb.