Lakers, yeni baş məşqçisini təqdim edib

Bakı, 25 iyun, Sporaz.tv

NBA komandalarından biri olan Los Angeles Lakers, yeni baş məşqçisi JJ Reddick-i mediaya təqdim edib. Redikin peşəkar məşqçilik təcrübəsinin olmaması ilə bağlı müzakirələr isə davam edir.

Sporaz.tv xəbər verir ki, Los Angeles Lakers-in məşqçi axtarışı keçmiş NBA oyunçusu JJ Reddick-in imzalanması ilə başa çatdı. Los Anceles Lakers, yeni baş məşqçisi üçün mətbuat konfransı keçirdi.

NBA-da karyerasını başa vuran JJ Reddick-in peşəkar məşqçilik təcrübəsi yoxdur. NBA-nın əfsanəvi məşqçiləri ilə işləmiş Los Angeles Lakers-in bu işi təcrübəsiz bir ada verməsi təəccüblü idi. Bununla belə, “ Lakers” rəhbərliyi gənc məşqçinin əzmkarlığına və özünü sübut etmək istəyinə inanır.

Reddick, Lakers-in təklifindən yarım saat sonra komandanın ulduzu LeBron James ilə danışdığını açıqladı. JJ Reddick-in, NBA tarixinin ən böyük ulduzu sayılan və onunla həmyaşıd olan Lebron Jameslə necə dialoq aparacağı da maraq doğurur.

JJ Reddick, Phil Jackson və Pat Riley kimi əfsanəvi adların çalışdığı Lakers-ın 29-cu məşqçisi oldu. Gənc məşqçi, həm də NBA-nın “Orlando Magic” klubunda Hidayət Türkoğlunun komanda yoldaşı olub.