La Liqanın ən çox qazanan futbolçusu

Bakı, 26 iyul, Sporaz.tv

Mbappe,nə Bellingham, nə də Lewandowski. La Liqanın ən çox qazanan futbilçusu Frankie De Jongdur.

Hollandiyalı, futbola Willemdə başladı. 17 yaşında olanda Ajax, onu bir gələcək yatırımı olaraq, 8 milyon avroya yaxın bir qiymətə transfer etdi.

Çempionlar liqasındakı, unudulmaz sezonda De Jong, Katalanlara tam Xavi- İniesta tərzini yaşatdı. 86 milyon avroya bonservisi alındı.

Covid-19 müddətinə təsadüf etdiyi üçün, klubun vəziyyətinin yaxşı olmadığı müddətdə 14 milyon avro olan illik qazancı təxirə salındı. Digər illər də alacaqları isə ilbə il gecikdi. Ardından De Jong ilə müqavilə yeniləndi və maaşı 18 milyon avroya qaldırıldı. Üstünə uğur bonusları əlavə edildi və bu il Covid dönəmindən alacaqları da gəlirinə əlavə olundu.

Artıq Frankie De Jong, 37 milyon 500 min avro qazanacaq. Özündən sonra İspaniyada ən çox qazanan futbolçu, 33 milyin avro ilə Lewandowskidir. Real Madridin yeni transferi Mbappenin maaşı isə 31 milyon avrodur.