Kərim Benzema “Real Madrid”ə qayıdır

Bakı , 2 may , Sporaz.tv

Əl-İttihad” komandasında çıxış edən Kərim Benzema İspaniyaya yollanıb.

Sporaz.tv xəbər verir ki , 2022-ci ilin Ballon D`or qalibi 2023-cü ildə “Santiaqo Bernabeu“dan ayrılaraq Səudiyyə Ərəbistanında keçmiş “Blancos” komanda yoldaşı “Cristiano Ronaldo“(Kriştiano Ronaldo)ya qoşulub. Zədələr və fitnes problemləri 36 yaşlı hücumçu Yaxın Şərqdə istədiyi effekti yaratmasına mane olub.

Benzema bu mövsüm 33 matçda 16 qol vursa da, “Əl-İttihad” son iki matçda məğlub olub. Çərşənbə axşamı “Əl-Hilal” tərəfindən Kral Kubokundan kənarlaşdırılmalarını da uzaqdan izlədi.

Fransız futbolçunun “Real Madrid“in Valdebebas məşq kompleksində müalicə alacağı məlum olub. 2ın verdiyi açıqlamada bu ifadələr yer alıb: “Əl-İttihad” və “Real Madrid”in tibb işçiləri arasındakı əlaqədə Kərim Benzema bu mövsüm aldığı zədə ilə bağlı tibbi müayinədən keçmək üçün “Real Madrid”ə qayıtdı”.

Benzema gələn həftəyə qədər İspaniyada qalacaq. Daha sonra o, Ciddəyə qayıdacaq və Əl-İttihad komandasına qoşulacaq. Klubun 2023-24 mövsümünün qalan beş oyununda meydanda olub-olmayacağını zaman göstərəcək.

Bahar Rüstəm