Kənan Yıldızdan Çempionlar Liqasında mövsümün açılışı

Bakı, 18 sentyabr, Sporaz.tv

Çempionlar Liqasında mövsümün ilk qolunu “Juventus“(Yuventus)-da çıxış edən türkiyəli futbolçu Kenan Yıldız gerçəkləşdirib..

Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasında mövsümün açılış matçında “Juventus” “PSV” ilə üz-üzə gəlib.

Matçın 21-ci dəqiqəsində millimizin futbolçusu Kenan Yıldız çox qəşəng qolla komandasını hesabda irəli çıxarıb. Bu qol Nəhənglər Liqasında 2024/2025 mövsümünün ilki idi.

Nəhənglər Liqasında debüt edən Kenan Yıldız, həm də “Juventus”-un heyətində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.

Bundan əvvəlki rekord 1995-ci il sentyabrın 13-də Dortmund “Borussiya”-sına qol vuran Alessandro Del Pieroya məxsus idi.

Leave a Reply