Kylian Mbappe üçün Real Madriddə imza günüdür

Bakı, 16 iyul, Sporaz.tv

İspaniya La Liqasında bu gün “Real MadridParis Saint Germaindən heyətinə qatdığı Kylian Mbappe üçün imza mərasimi keçirəcək. 5 illik müqavilə imzalayacaq Mbappe 9 nömrəli formanı geyinəcək.

Sporaz.tv məlumat verir ki, Kylian Mbappe bu gün rəsmi olaraq Real Madrid karyerasına başlayacaq.

Santiago Bernabeuda keçiriləcək imza mərasimi öncəsi sağlamlıq müayinəsindən keçən ulduz futbolçu rəsmi imzadan sonra azarkeşlərin qarşısına çıxacaq.

80 mindən çox azarkeşin iştirakı gözlənilən imzalanma mərasiminin bütün biletləri satılıb.

Kylian Mbappe yeni mövsümdə Real Madriddə 9 nömrəli formanı geyinəcək.

Real Madrid daha əvvəl Kylian Mbappeni heyətinə qatmaq istəyirdi, lakin bu transfer o vaxt baş tutmadı.

2021-ci ilin yayında Kylian Mbappe üçün Paris Saint Germainə 200 milyon avro təklif edən Real Madrid danışıqlardan istədiyi nəticəni ala bilməyib.

Paris Saint Germain ilə müqaviləsini 2022-ci ildə başa çatacaq 1 illik opsiya ilə 3 il müddətinə uzadan Kylian Mbappe daha 2 mövsüm Fransa komandasında çıxış edib.

Bu mövsümün sonunda PSJ ilə müqaviləsini yeniləməyəcəyini açıqlayan Mbappe sosial media hesabında yayımlanan video ilə komanda ilə vidalaşıb.