Kylian Mbappe, “Real Betis” matçında dubl edib

Bakı, 2 sentyabr, Sporaz.tv

Real Madrid” İspaniya La Liqasında “Real Betis“ə 2:0 hesabı ilə qalib gəlib.

Sporaz.tv xəbər verir ki, Real Madrid, dünən Santiago Bernabeu stadionunda “Real Betis” ilə qarşılaşıb.

Real Madridin qollarını 67 və 75-ci dəqiqələrdə Kylian Mbappe vurub.

Yay transfer pəncərəsində “Real Madrid”ə keçən Kylian Mbappe, yeni komandası ilə ilk qolunu UEFA Superkubokunda “Atalanta” ilə matçda vurub.

La Liqada ilk 3 matçı qol vurmadan keçən Mbappe, “Real Betis”-lə qarşılaşmada ilk qoluna imza atıb.

Məhşur futbolçu, bənövşəyi-ağların heyətində ilk kubokunu da Atalanta ilə oynanan Superkubokda qazanıb.

Qeyd edək ki, Real Madridin futbolçusu Arda Güler bu matçda iştirak etməyib.