Kylian Mbappe rəsmi olaraq Real Madridə keçdi

Bakı, 16 iyul, Sporaz.tv

Real Madrid Kylian Mbappe ilə 5 illik müqavilə imzalayıb. Santiago Bernabeuda 9 nömrəli formanı geyinəcək ulduz futbolçu üçün imza mərasimi keçirilib.

 Sporaz.tv məlumat verir ki, Paris Saint Germain ilə müqaviləsi başa çatan və komandadan ayrılan Kylian Mbappe “Real Madrid”lə anlaşıb.

“Real Madrid”in yeni transferi Kylian Mbappe üçün Santiago Bernabeuda imza mərasimi keçirilib.

Mərasimdə “Real Madrid”in sabiq futbolçusu və baş məşqçisi Zinedine Zidane da iştirak edib.

Mbappenin imzalanma mərasimində açıqlama verən Real Madrid prezidenti Florentino Perez, “Əziz Real Madrid azarkeşləri, pandemiyadan sonra yenilənmiş stadionumuzda yeni futbolçularımızı tanıtmaqdan böyük məmnunluq duyuram. Bu özəl gündə burada olduğunuz üçün sizə təşəkkür edirəm. .” -dedi.

Kylian Mbappe imzalanma mərasimində aşağıdakı ifadələrdən istifadə etdi: “Mənim arzum Real Madridə imza atmaq idi. Digər arzum isə indi dünyanın ən yaxşı klubunun səviyyəsində oynaya bilməkdir. Həyatımı və hər şeyimi ona verəcəm bu kluba.”-deyə bildirib.

Perez sözünə davam edərək, “Bu klub universal bir klubdur. Bilmənizi istəyirəm ki, siz bu gün dünyada bütün azarkeşlərimizi burada təmsil edirsiniz. Biz bu stadionda tarix yazdıq. Bu stadion dünyanın ən yaxşı futbolçuları ilə əylənməyə davam edəcək. “-sözlərini vurğulayıb.

Peres Kylian Mbappe ilə bağlı bunları deyib: “18 yaşında Dünya Kubokunu qazandın. Ötən mövsüm qolların sayına görə karyeranızın ən yaxşı mövsümü oldu. Kilian, burada olduğunuz üçün təşəkkür edirəm”.-dedi.

Santiago Bernabeuda keçirilən imza mərasiminə 80 min adam qatılıb