Bakı, 25 oktybr, Sporaz.tv
Kylian Mbappe Paris Saint Germain (PSG) ilə məhkəməsini qazanıb.
Sporaz.tv xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının Birgə Apellyasiya Komitəsi Kyilian Mbappe ilə “PSG” arasında yaranan maliyyə mübahisələri ilə bağlı qərar verib.
Mbappe ödənilməmiş maaşlar və bonuslar da daxil olmaqla, keçmiş klubundan ümumilikdə 55 milyon avro tələb edirdi. Komitə bugünkü iclasında fransalı futbolçunun xeyrinə qərar verib.
“PSG” “Real Madrid“də çıxış edən ulduz futbolçu üçün 55 milyon avro ödəyəcək.