Kylian Mbappe: “Liverpoolun təklifini qəbul edib”

Bakı, 11 sentyabr, Sporaz.tv

Real Madrid“-in ulduzu Kylian Mbappenin 2022-ci ildə PSG ilə yeni müqavilə imzaladıqdan qısa müddət sonra komandadan ayrılmaq istədiyi və “Liverpool”(Liverpul)-la şifahi razılığa gəldiyi bildirilib.

Sporaz.tv məlumat verir ki, “Paris Saint Germain” ilə müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılan və bu yay “Real Madrid”-ə imza atan Kylian Mbappe üçün təəccüblü iddia gündəmə gəlib.

Mbappenin 2022-ci ildə PSG ilə müqaviləsini yenilədikdən qısa müddət sonra layihənin yolunda getmədiyini və xəyanətə məruz qaldığını hiss edərək komandadan ayrılmaq istədiyini rəhbərliyə məlumat verib.

“Liverpool”-un “Paris Saint Germain”-ə 200 milyon avro təklif etdiyi iddia edilsə də, Fransa komandası bu təklifi rədd edərək, transfer üçün 400 milyon avro tələb edib.

Mbappenin Paris Saint-Germain-in həmin transfer dövründə  Robert Lewandowski və Bernardo Silvanı heyətinə qata bilməməsindən məyus olduğu və “Liverpool“-la şifahi razılığa gəldiyi bildirilib.

Mbappenin o zamankı arzusunun “Real Madrid” olduğu, “Liverpul”-la qısa müddətli müqavilə imzalayaraq daha sonra İspaniya nəhənginə transfer olunmasına imkan yaradan təklifə müsbət yanaşdığı qeyd edilib.

Leave a Reply