Kylian Mbappe klub alır

Bakı, 29 iyul, Sporaz.tv

Real Madrid“in fransalı super ulduzu Kylian Mbappe ölkəsində futbol klubu almağa hazırlaşır. 25 yaşlı futbolçu 20 milyon avrodan az ödəyəcək.

Sporaz.tv xəbər verir ki, “Real Madrid”in azad agent kimi heyətinə qatılan Kylian Mbappe klubun sahibi olmağa hazırlaşır.

Fransız superulduz Liqa 2-də yer alan “Caen“in səhmlərini alacaq. “Le Parisien”in məlumatına görə, Mbappe “Caen”in səhmlərinin 80 faizinə sahib olacaq. Mbappe bu alış üçün təxminən 15 milyon avro ödəyəcək. Klubun qalan 20 faizi Pyer-Antuan Kaptonda qalacaq.

25 yaşlı oyunçu “Caen” akademiyasında böyüyüb və 13 yaşında “Monaco” ilə müqavilə imzalayıb. “Forbes”in məlumatına görə, Kylian Mbappenin sərvəti 180 milyon dollar dəyərindədir.

Bahar Rüstəm