Kuzey Tuncelli, Avropa çempionu olub

Bakı, 23 iyun, Sporaz.tv

Serbiyada davam edən Su İdmanları Avropa Çempionatında Türkiyə millisinin üzgüçüsü Kuzey Tunçeli, 1500 metr məsafəyə sərbəst üsulda qızıl medal qazanıb.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça)-lı Kuzey Tunçelli, Belqradda keçirilən Avropa Su İdmanları Çempionatında 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə 14:55.64 nəticə ilə qızıl medal qazanıb.

Yarışda Tokio Olimpiadasında gümüş medal qazanan son Avropa Çempionu ukraynalı Mykhailo Romanchuk ikinci, macar Zalan Sarkany isə üçüncü olub.