Kuboksuz kral Harry Kane

Bakı,10 may,Sporaz.tv

İngiltərə futbolunun ən mühüm hücumçularından biri olan “Bavariya“nın hücumçusu “Harry Kane” (Harri Keyn), hər mövsüm təsirli və ardıcıl fərdi performansına baxmayaraq, karyerası boyu kubok qazana bilməyib.

Məşq keçdiyi Tottenhamdə keçirdiyi kuboksuz illərdən sonra Almaniyanın “kubok canavarı” “Bayern Münih” (Bayern Münhen)ə transfer olunan Kane peşəkar karyerasının 14-cü mövsümündə həsrətinə son qoya bilməyib.Kanenin mövsümün əvvəlində transfer olunduğu “Bavariya” yarışdığı dörd zolağın hamısında dəsmal atıb.

Mövsümün əvvəlində oynanan Almaniya Superkubokunda “Leyptsiq”ə uduzan Münih təmsilçisi Almaniya kubokunun ikinci mərhələsində 3-cü liqa təmsilçisi Saarbrüken tərəfindən mübarizədən kənarlaşdırılıb. “Bavariya” iki həftə qalmış Bundesliqada çempionluğunu elan edən “Bayer Leverkuzen“dən 15 xal geri qalırdı.

“Bavariya” UEFA Çempionlar Liqasının son yarımfinalında İspaniya təmsilçisi “Real Madrid”ə məğlub olmaqdan qaça bilməyib.