Krunic öz taliblərini bəyənmir

Bakı, 29 avqust, Sporaz.tv

Məcburi satınalma seçiminə görə “Fenerbahçe“yə transfer olunan Rade Krunic gözləntilərin altında performans göstərdi. Futbolçu ilə “Torino” və “Empoli” maraqlansa da, Krunicin bu komandalara həvəs göstərmədiyi iddia edilir. 30 yaşlı futbolçunun getmək üçün iddialı komandadan təklif gözlədiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, performansı ilə “Fenerbahçe” azarkeşlərinin etirazına səbəb olan Rade Krunic komandadan göndəriləcək futbolçulardandır.

Futbolçu ilə “Torino” və “Empoli”in maraqlanır. Lakin 30 yaşlı yarımmüdafiəçi İtaliya komandalarında oynamaqda maraqlı deyil. Krunicin taliblərini bəyənməməsinin səbəbi daha iddialı komandada oynamaq istəyidir.

Krunic bu mövsüm “Fenerbahçe”nin heyətində 4 matçda iştirak edib. Bosniya və Herseqovinadan olan futbolçu bu matçlarda 223 dəqiqə meydanda olsa da, heç bir qol və məhsuldar ötürmə verə bilməyib.