“Kral klubu”dan maraqlı statistika göstəricisi

Bakı, 22 sentyabr, Sporaz.tv

İspaniyanın “Real” (Madrid) klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza atıb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, “Kral klubu”nun heyətində Kylian Mbappe ötən gün La Liqanın VI turunda keçirilən “Espanyol“la matçda (4:1) penalti zərbəsini dəqiq yerinə yetirib.

Bununla da paytaxt təmsilçisi ilk altı turda 5-ci dəfə onbirmetrlik cərimə zərbəsindən fərqlənib.

Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.

Leave a Reply