Kopenhagen “Galatasaray”ın Elias Jelert üçün təklifini təsdiqləyib

Bakı, 16 iyul, Sporaz.tv

Danimarka Liqa komandalarından “KopenhagenElias Jelert üçün “Galatasaray“dan təklif aldığını açıqlayıb. Açıqlamada transfer üçün danışıqların davam etdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, “Kopenhagen” klub saytında Elias Jelertin transfer vəziyyəti ilə bağlı açıqlama yayıb.

Açıqlamada Jelert üçün “Galatasaray”dan təklif alındığı və danışıqların davam etdiyi bildirilib.

Danimarka komandasının verdiyi açıqlamada bu ifadələrdən istifadə olunub: “Galatasaraydan Elias Jelert üçün təklifi təsdiqləyirik. Tərəflər arasında danışıqlar davam edir, lakin razılıq yoxdur. Razılıq əldə olunarsa, yeni açıqlama yayımlanacaq .”

“Kopenhagen”in akademiyasında böyüyən Elias Jelert 2022-ci ildə A komandasına yüksəldi. Karyerası boyunca 138 matçda meydana çıxan 21 yaşlı sağ cinah müdafiəçisi 3 qol vurub, 13 məhsuldar ötürmə edib.

Jelert əvvəlki mövsümdə “Kopenhagen”də 45 matçda iştirak edib.

Kopenhagen yazısı:

Bahar Rüstəm