Bakı, 25 aprel, Sporaz.tv
Trendyol Super Liqa təmsilçisi TÜMOSAN Konyaspor baş məşqçisi Fahrudin Omeroviç ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdıqlarını açıqlayıb.
Sporaz.tv xəbər verir ki, aşıl-ağ komandanın açıqlamasında deyilir: “Məşqçimiz Fahrudin Omeroviçlə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Fahrudin Omeroviçə klubumuza xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq“.
62 yaşlı məşqçi vəzifəsinə 21-ci həftədə oynanan Bitexen Antalyaspor matçı ilə başlayıb.
Omeroviçin rəhbərliyi altında 14 matça çıxan “TÜMOSAN Konyaspor” 4 qələbə, 5 məğlubiyyət və 5 heç-heçə edib.
Vüqar Alışov