“Konyaspor” Omeroviçlə yollarını ayırıb

Bakı, 25 aprel, Sporaz.tv

Trendyol Super Liqa təmsilçisi TÜMOSAN Konyaspor baş məşqçisi Fahrudin Omeroviç ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdıqlarını açıqlayıb.

Sporaz.tv  xəbər verir ki, aşıl-ağ komandanın açıqlamasında deyilir: “Məşqçimiz Fahrudin Omeroviçlə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Fahrudin Omeroviçə klubumuza xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq“.

62 yaşlı məşqçi vəzifəsinə 21-ci həftədə oynanan Bitexen Antalyaspor matçı ilə başlayıb.

Omeroviçin rəhbərliyi altında 14 matça çıxan “TÜMOSAN Konyaspor” 4 qələbə, 5 məğlubiyyət və 5 heç-heçə edib.

Vüqar Alışov