“Konyaspor” Ahmet Oğuzun gedişini açıqlayıb

Bakı, 6 iyun, Sporaz.tv

Konyaspor” müqaviləsi başa çatan futbolçusu Ahmet Oğuzla yollarını ayırdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, yaşıl-ağlılar 31 yaşlı futbolçu ilə yollarını ayırdıqlarını açıqlayıb.

“Konyaspor”dan verilən açıqlamada :”Futbolçumuz Ahmet Oğuzun müqaviləsi başa çatıb. İki mövsüm klubumuza xidmət edən Əhmədə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”- ifadələrdən istifadə edilmişdir.

Əhməd Oğuz Konyaspor forması ilə cəmi 69 matça çıxıb. 31 yaşlı futbolçu bu matçlarda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.