Bakı, 20 iyul, Sporaz.tv
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda “ARAF” kuboku uğrunda keçirilən konkur yarışları başa çatıb.
Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, “M*” kateqoriyası üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 9 idmançı iştirak edib.
Mübarizənin yekununda “Elite” atçılıq klubunun təmsilçiləri Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla birinci, Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, Seyid Musayev isə “Ayla” ləqəbli atla üçüncü yerin sahibi olub.
Sonda hər üç kateqoriyada birinci yerin sahiblərinə “ARAF” kuboku, ikinci və üçüncü yerlərin sahiblərinə medal və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəxri diplomu təqdim edilib.