Konfrans Liqasının seçmə mərhələsinə 2 komanda yüksəldi

Bakı, 18 iyul, Sporaz.tv

UEFA Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Caernarfon TownAuda komandaları 2-ci təsnifat mərhələsinə yüksəlib.

Sporaz.tv məlumat verir ki, Konfrans Liqasının 1-ci Təsnifat mərhələsinin cavab oyunları keçirilmiş 2 oyunla başlayıb.

Uels komandası Caernarfon Town və Şimali İrlandiya təmsilçisi Crusaders arasında oynanılan cavab qarşılaşması Crusaders-ın 3-1 hesablı qələbəsi ilə başa çatıb. Caernarfon Town ilk matçda 2-0 qalib gəldiyi üçün matç əlavə vaxta getdi.

Əlavə vaxtda qol vurulmasa da, penaltilər seriyasında 8-7 hesabı ilə qalib gələn Caernarfon Town 2-ci tura yüksələn tərəf oldu.

Latviya təmsilçisi “Auda” öz meydanında 2:0 hesabı ilə qalib gələrək rəqibi Faroe adalarından olan “B36 Torshavn”ı səfərdə 1:0 hesabı ilə məğlub edərək 2-ci mərhələyə yüksəlib.