Konfrans Liqası: “Sabah” – “St Patrick’s Athletic” matçına neçə bilet satılıb?

Bakı, 14 avqust, Sporaz.tv

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah“ın İrlandiya təmsilçisi “St Patrick’s Athletic“lə cavab qarşılaşmasına indiyədək satılan biletlərin sayı açıqlanıb.

Sporaz.tv xəbər verir ki, Masazırda keçiriləcək görüşə 4500 bilet satılıb.

Komandanın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 8700 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, “Sabah” – “St Patrick’s Athletic” matçı, avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.