“Komutan”- Jose Morinho

Bakı, 26 iyun, Sporaz.tv

Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun məşqdə Mert Hakan Yandaşa “Komandir” deməsi diqqət çəkib.

Sporaz.tv xəbər verir ki, Jose Mourinhonun rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına Topuk Yaylasında başlayan “Fenerbahçe”də portuqaliyalı çalışdırıcı futbolçuların nəfəs almasına icazə vermir.

Məşqlərdə avtoritar və intizamlı rəftarı ilə seçilən Jose Mourinho futbolçulara adları ilə müraciət etməsi diqqət çəkib.

Dünənki məşqdə müdafiə və hücum məşqlərinə diqqət yetirən Mourinhonun davamlı olaraq futbolçulara xəbərdarlıq etdiyi müşahidə edilib.

Portuqaliyalı çalışdırıcı müdafiəçilərdən topu ötürmələrini, yarımmüdafiəçilərdən isə tez ötürmələrini istəyib.

“Sarı-göylər”in futbolçular, məşq zamanı hücum və atışlara da önəm verilib.

Jose Mourinho meydanın kənarındakı setə gedərək 11-ə 11-lik cüt qol matçını izləyib və futbolçulara tez-tez xəbərdarlıqlar edib.

Bu arada, xüsusi icazələri başa çatan Osayi-SamuelDjikunun bu gün düşərgəyə qatılacağı bildirilib.

Bahar Rüstəm