Bakı, 28 oktyabr, Sporaz.tv
Misli Premyer Liqasının XI turunda “Şamaxı” səfərdə “Qarabağ”ın qonağı olub.
3:0 hesabı ilə bitən qarşılaşmadan sonra “Qarabağ”ın üzvü Mateusz Kochalski sporaz.tv- nin suallarını cavablayıb:
–Oyun haqqında düşüncələriniz nədir?
-İlk hissə biz çox yaxşı oynaya bilmədik, amma ikinci hissə ürəyimizcə oldu. Nəticədə 3 xalı qazana bildik.
–Həm liqa, həm də avropa oyunlarındakı performansınızı necə dəyərləndirirsiniz?
-Düşünürəm ki, bizim üçün asan olmadı. Çünki “Qarabağ” mənim Polşadan sonrakı ilk komandam oldu və düşünürəm ki, bu dəfə pis çıxış etmədim. Sadəcə “Tottenham”la oyunda günümdə deyildim. “Ajax”la olan qarşılaşma fikrimcə pis olmadı. Sonrakı oyunda daha da yaxşı olacam.
-Avropa Liqasının sonuncu oyununda uduzdunuz. Prolemi nədə görürsünüz?
-Fikrimcə problem oyunun başlanğıcındakı qırmızı kartdan sonra başladı. Oyuna yaxşı başladıq. Qırmızı kartdan sonra 10 nəfərlə oynamaq çox çətin oldu. Amma biz pis çıxış etmədik.
Bahar Rüstəm