Kolumbiyalı futbolçu, Messinin rekordunu tekrarlayıb

Bakı, 7 iyul, Sporaz.tv

Kolumbiya millisinin futbolçusu James Rodriguez ABŞ-də təşkil olunan Amerika Kubokunda uğura imza atıb.

Sporaz.tv Report-a istinadən xəbər verir ki, yarımmüdafiəçi buna Panamaya 5:0 hesabı ilə qalib gəldikləri 1/4 final matçında nail olub.

Təcrübəli oyunçu hazırkı turnirdə assistlərinin sayını beşə çatdırıb.

Daha əvvəl Amerika Kubokunda üç futbolçu bunu bacarıb. 1997-ci ildə braziliyalı Denilson, 2004-cü ildə onun həmyerlisi Aleks, 2021-ci ildə isə argentinalı Lionel Messi beş məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kolumbiya seçməsi yarımfinalda Uruqvay yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 11-də baş tutacaq.