“Kocaelispor” baş məşqçisi klub ilə yollarını ayrılıb

Bakı,12 may,Sporaz.tv

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.

Sporaz.tv-nin məlumatına əsasən, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb.

Mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, “Kocaelispor” 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.