Bakı,12 may,Sporaz.tv
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb.
Sporaz.tv-nin məlumatına əsasən, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb.
Mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, “Kocaelispor” 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.