Kişi boksçularımız Olimpiya Oyunları üçün Almaniyaya yollanıb

Bakı, 10 iyul, Sporaz.tv

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıqların son mərhələsi üçün Almaniyaya yollanıb.

Sporaz.tv məlumat verir ki, Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, yığmamız baş məşqçi Pedro Rokenin rəhbərliyi altında Saarbrükkendə təlim-məşq toplanışı keçəcək.

Komandamızın heyətində olimpiyaçılar – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar. Toplanış iyulun 20-dək davam edəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

Mənbə: Report