Kim Min-Jae-dən iki böyük səhv

Bakı, 1 may, Sporaz.tv

Çempionlar Liqasının yarımfinalında “Bayern München”(Bavariya)nın müdafiəçisi Kim Min-Jae “Real Madrid”lə 2:2 hesablı heç-heçə etdiyi matçda etdiyi 2 səhvlə matça damğasını vurub.

Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bavariya” və “Real Madrid” 2:2 hesablı heç-heçə edib.

“Bayern München”(Bavariya)nın koreyalı müdafiəçisi Kim Min-Jae hər iki qolda səhvlərə yol verib.

Kim Min-Jae matçdan sonra alman mətbuatı tərəfindən tənqid edilib.

24-cü dəqiqədə Vinisius Juniorun vurduğu qolu buraxan cənubi koreyalı müdafiəçi 57-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qarşılaşmaya 11-ci dəqiqədə başlayan Kim Min-Jae 82-ci dəqiqədə sarı vərəqə alıb.

Vüqar Alışov