Kieran Tierney kimdir?

Bakı, 26 avqust, Sporaz.tv

Galatasaray“ın transfer gündəmində olduğu iddia edilən şotlandiyalı futbolçunun karyerası və qazandığı uğurlar diqqət mərkəzinə düşüb.

Sporaz.tv xəbər verir ki, Kieran Tierney 5 iyun 1997-ci ildə anadan olub.

Bədən quruluşu və güclü sol ayağı ilə diqqət çəkən futbolçu, müdafiəçi və yarımmüdafiəçi ilə yanaşı, sol cinah müdafiəçisi kimi də oynaya bilir. Hazırda bazar dəyəri 12 milyon avro olan Tierney Şotlandiya millisi ilə 46 matçda iştirak edib.

Peşəkar futbolçu karyerasına “Celtic”də başlayan futbolçu 19-20 mövsümündə müxtəlif yaş kateqoriyalarında çıxış etdikdən sonra A komandasına yüksəlib. Debütdən sonra İngiltərə Premyer Liqa komandalarından biri olan “Arsenal”a keçən Tierneyə 27 milyon avroluq transfer haqqı ödənilib.

“Arsenal”dan “Real Sociedad”a icarəyə verilən futbolçu mövsümü İspaniyada keçirib. Şotlandiya Premyer Liqasında 97 matça çıxan Tierney 5 qol vurub, 25 məhsuldar ötürmə edib. Həmçinin Premyer Liqada 91 oyuna çıxaraq 3 qol vurub, 8 məhsuldar ötürməyə imza atıb.

Bahar Rüstəm