Kevin De Bruynenin ayrılıq iddialarına cavab

Bakı, 23 iyul, Sporaz.tv

Manchester City (Mançester Siti)-nin baş məşqçisi Pep Guardiola, adı Səudiyyə Ərəbistanı klubları ilə hallanan Kevin De Bruynenin komandada qalacağını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, yeni mövsümdə çempionluq seriyasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyən Manchester City (Mançester Siti)-nin baş məşqçisi Pep Gvardiola heyəti böyük ölçüdə qoruyacaqlarını bildirib.

Transfer etmək istədiklərini, lakin klubların yüksək transfer haqqı tələb etdiklərini ifadə edən Gvardiola, yeni mövsümdə eyni heyətlə yarışacaqları ehtimalının yüksək olduğunu bildirib.

Səudiyyə Ərəbistanı komandalarının siyahısında yer alan Kevin De Bruyne-nin getməyəcəyini bildirən Qvardiola, “Əgər kimsə gedəcəksə, bu haqda danışacağıq və transferin son gününə qədər şansımız var. Yeni transferlərin olmayacağını demirəm, amma eyni heyətdə olma ehtimalını 85, 90 və ya 95 faiz hesab edirəm”-dedi.

Premyer Liqada son 4 mövsümün çempionu olan Manchester City (Mançester Siti), yeni mövsümdə ilk oyununu səfərdə Chelsea (Çelsi)-yə qarşı keçirəcək.

Keçmiş köməkçi Enzo Marescanın çalışdırdığı Chelsea (Çelsi) və Manchester City (Mançester Siti) avqustun 18-də üz-üzə gələcək.