Kevin Danso: “Biz həmin matça yenidən baxdıq”

Bakı, 1 iyun, Sporaz.tv

Avstriyanın müdafiəçisi Kevin Danso sabah Türkiyəyə qarşı keçirəcəkləri oyundan əvvəl ötən martda 6:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşünə yenidən baxdıqlarını və rəqiblərini analiz etdiklərini bildirib.

Kevin Danso: “Çox fərqli bir matç olacaq. Mart ayında 6-1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq oyununda həqiqətən yaxşı oynadıq. İnamla oynadıqca matçı da qazanacağıq”-deyə bildirib.

Türkiyə Futbol Komandası 2024-cü il Avropa Çempionatının (AVRO 2024) son 16 turunda sabah saat 22.00-da Leypsiq stadionunda Avstriya ilə qarşılaşacaq. Avstriya millisinin müdafiəçilərindən olan Kevin Danso AVRO-2024-ün rəsmi saytına “Aypara Ulduzları” ilə oyunla bağlı açıqlama verib.

Mart ayında iki komanda arasında keçirilən yoldaşlıq görüşü haqda danışan 25 yaşlı müdafiəçi “Çox fərqli bir matç olacaq. Mart ayında 6:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq oyununda həqiqətən yaxşı oynadıq. Oynadığımız yoldaşlıq matçına baxdıq və onları yaxşılaşdıracaq çox şey var və əgər bunu edə bilsək, belə oynasaq və inamla oynasaq, matçı qazanacağıq” dedi. .

Fransa Liqa 1 komandalarından biri olan “Lens”də çıxış edən Kevin Danso AVRO-2024-ün qrup matçlarında Fransa və Polşa ilə qarşılaşıb.