Bakı, 2 oktyabr, Sporaz.tv
Çempionlar Liqasının ikinci həftə matçında “Benfica” və “Atletico Madrid” üz-üzə gəlib. Görüşdə “Benfica” 4:0 hesabı ilə qalib gəlib. “Benfica”-nın heyətində Kerem Aktürkoğlu və Orkun Kökçü hər biri bir qol vurub.
Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının ikinci həftə matçında “Benfica” və “Atletico Madrid” üz-üzə gəlib.
Görüşdə “Benfica” 4:0 hesabı ilə qalib gəlib. Kerem Aktürkoğlu 13-cü dəqiqədə komandasını hesabda önə keçirib. İkinci hissənin 52-ci dəqiqəsində Di Mariya penaltidən fərqlənib. 75-ci dəqiqədə Bah fərqi artırarkən, Orkun Kökçü 84-cü dəqiqədə penaltini qola çevirərək matça son qoyub.
“Benfica”-da türkiyəli futbolçu Kerem Aktürkoğlu və Orkun Kökçü matça ilk 11-də başladılar. Kərəm Aktürkoğlu 71-ci dəqiqədə Beste ilə əvəzlənib. Orkun Kökçü 86-cı dəqiqədə Barreiro ilə əvəzlənib.
Bu nəticə ilə “Benfica” 2 matçdan sonra xallarını 6-ya yüksəldib. “Atletico Madrid” 3 xalda qalıb.
Nəhənglər Liqasının 3-cü həftəsində “Benfica”, doğma meydanda “Feyenoord”-la qarşılaşacaq.