Kerem Aktürkoğlunun yeni ünvanı açıqlanıb

Bakı, 10 iyul, Sporaz.tv

Yeni mövsümdə “Galatasaray“da olmayacağı ilə bağlı xəbərlər yayılan Kerem Aktürkoğlu üçün yeni iddia ortaya atılıb. Türkiyəli futbolçunun “Real Sociedad“a getməkdə həvəsli olduğu bildirilərkən, İspaniya komandasının bu transfer üçün ayırdığı büdcə də açıqlanıb.

Sporaz.tv məlumat verir ki, yeni mövsümdə “Galatasaray”da olmayacağı ilə bağlı xəbərləri yayılan Kerem Aktürkoğlu üçün yeni iddia ortaya atılıb. Türkiyəli futbolçunun “Real Sociedad”a getməkdə həvəsli olduğu bildirilərkən, İspaniya komandasının bu transfer üçün ayırdığı büdcə də açıqlanıb.

AVRO-2024-də Milli Komandanın forması ilə meydana çıxan “Galatasaray”ın ulduzu Kerem Aktürkoğlu La Liqaya yollanır.

Yeni mövsümdə “Galatasaray”da oynamayacağı ilə bağlı xəbərlər yayılan Kerem Aktürkoğlu üçün “Real Sociedad”dan və Səudiyyə Ərəbistanından təkliflərin olduğu iddia edilib.

Real Sociedad bu transferi 12 milyon avroya tamamlamağa yaxındır.

Danışıqların gələn həftə başlayacağı bildirilərkən, Kerem Aktürkoğlunun da “Real Sociedad”a getməyə razı olduğu bildirilib.

Kerem Aktürkoğlu ötən mövsüm “Galatasaray”ın heyətində 54 oyun keçirib.

25 yaşlı futbolçu bu matçlarda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.