Kerem Aktürkoğlunun transfer qiyməti və maaşı açıqlanıb

Bakı, 12 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray) Kerem Aktürkoğlu ilə yollarını addım-addım ayırır. Futbolçunun Moskva “Spartak“ına transferi başa çatdığı halda, transfer və maaş detalları açıqlanıb. Rusiya komandası, Kerem Aktürkoğluna maaş təklifinə yenidən baxıb və fərq azalıb.

Sporaz.tv məlumat verir ki, Kerem Aktürkoğlunun “Galatasaray” macərası sona çatır. Bir müddətdir türkiyəli futbolçunun bazarında olan “Spartak Moskva”, Aktürkoğluna maaş təklifini yeniləyib.

“Galatasaray” və “Spartak Moskva” Kerem Aktürkoğlunun transfer qiyməti üçün 13 milyon avro qarşılığında əl sıxıblar.

Digər tərəfdən, Rusiya təmsilçisi Kərəm Aktürkoğluna maaş təklifinə yenidən baxıb.

Xəbərə görə, Moskvanın “Spartak”ı bu rəqəmi 2,4 milyon avroya yüksəldərkən, təklifin bonuslarla birlikdə 3 milyon avroya çatdığı bildirilib.

Son yeniləmə ilə Kerem Aktürkoğlunun istəyi ilə boşluq azaldılıb və idarəçilərin transferin son detallarını müzakirə etdiyi bildirilib.

Kerem Aktürkoğlunun transferinin qısa müddətdə rəsmiləşdirilməsi gözlənilir.

25 yaşlı türkiyəli futbolçu 2023-24 mövsümündə 54 matçda 15 qol vurub və 9 məhsuldar ötürmə edib.