Kerem Aktürkoğlunun talibləri artır

Galatasaray“la ardıcıl ikinci çempionluğunu qazanan Kerem Aktürkoğlu üçün MLS və La Liqadan rəsmi təklif gəlib. Sarı-qırmızılı komandanın gözləntisi 20 milyon avrodur.

Sporaz.tv xəbər verir ki, Kerem Aktürkoğlunun talibləri artır. İspaniya və Amerikanın iki komandası futbolçu üçün rəsmi təklif irəli sürüb.

İspaniyanın “Real Sosyedad” klubu 25 yaşlı futbolçu üçün 12 milyon avro təklif edib.

MLS-dən bir komanda 14 milyon avro təklif edib.

“Galatasaray”ın bu transfer üçün istədiyi qiymət 20 milyon avro civarındadır.

Kerem Aktürkoğlunun “Galatasaray”la 2026-cı ilə qədər müqaviləsi var.

Vüqar ALIŞOV