Kerem Aktürkoğlunun talibləri artır

Bakı, 5 iyul, Sporaz.tv

Galatasaray“ın futbolçusu Kerem Aktürkoğlu ilə Rusiyadan maraq var. Moskvanın “Spartak“ının türkiyəli futbolçunu transfer etmək istədiyi öyrənilib.

Transfer gündəmində ötən mövsüm çempionluğu başa vuran “Galatasaray”ın uğurlu futbolçuları diqqət çəkir. Ötən mövsümün önəmli oyunçularından olan Kerem Aktürkoğluna Rusiya Liqasından da iddiaçı var.

Moskva “Spartak”ının yeni baş məşqçisi  Dejan Stankovic türkiyəli futbolçunu heyətində görmək istəyir. Moskva təmsilçisinin marağına baxmayaraq, Kerem Aktürkoğlunun Rusiya Premyer Liqasına getməkdə maraqlı olmadığı bildirilir.

25 yaşlı futbolçu “Galatasaray”dan mümkün gedişindən sonra karyerasını Avropada davam etdirmək istəyir. Türkiyəli futbolçu İspaniya Liqası və Səudiyyə Ərəbistanı komandalarının da gündəmindədir. Keremin gələcəyi “Aypara və Ulduz” forması ilə mübarizə apardığı Avropa Futbol Çempionatından sonra müəyyənləşəcək.

“Galatasaray”la 2 dəfə çempion olan 25 yaşlı futbolçu sarı-qırmızılı forma ilə 173 matçda 44 qol vurub, 33 məhsuldar ötürmə edib.