Bakı, 16 oktyabr, Sporaz.tv
Türkiyə milli komandasının İslandiyada səfər oyununda Kerem Aktürkoğlunun vurduğu qol, UEFA Millətlər Liqasının 4-cü həftəsinin ən yaxşı qolu adına namizəd olub.
Sporaz.tv məlumat verir ki, UEFA Millətlər Liqasında 4-cü həftə matçında Türkiyə milli komandası İslandiyanı səfərdə 4:2 hesabı ilə məğlub edib.
Qarşılaşmada Türkiyənin qollarını İrfan Can Kahveci, Hakan Çalhanoğlu, Arda Güler və Kerem Aktürkoğlu vurub.
UEFA, Millətlər Liqasında 4-cü həftənin ən yaxşı qoluna namizədləri açıqlayıb.
Kerem Aktürkoğlunun qolu UEFA Millətlər Liqasında 4-cü həftənin ən yaxşı qolu adına namizəd olub.
Trent Alexander-Arndold (İngiltərə), Borna Sosa (Xorvatiya) və Isaac Price (Şimali İrlandiya) digər namizədlər olub.
Kerem Aktürkoğlu UEFA Millətlər Liqasında 3 adla bombardiri bölüşür.
Ən çox qol vuranlar siyahısında Kerem Aktürkoğlu ilə yanaşı, Victor Gyökeres, Razvan Marin və Benjamin Sesko da başçılıq edir.