Kerem Aktürkoğlunun meneceri rədd etdikləri təklifləri açıqlaydı

Bakı, 11 iyul, Sporaz.tv

Galatasaray“ın ulduz futbolçusu Kerem Aktürkoğlunun Rusiyanın “Spartak Moskova” klubundan transfer təklifi aldığı məlum olub. Kerem Aktürkoğlunun meneceri William D’Avila təklifə verdikləri cavabdan danışıb.

Sporaz.tv xəbər verir ki, Rusiyanın “Spartak Moskva” komandasının “Qalatasaray”ın hücumçusu Kerem Aktürkoğlu ilə maraqlandığı iddia edilib. Keremin meneceri William D’Avila “Spartak Moskova” Rusiya mətbuatında təklifi dəyərləndirib.

D’Avila oyunçusunun Rusiyadan gələn təklifi qəbul etməyəcəyini bildirib və “Kerem avrokuboklarda iştirak edən klubda oynamaq istəyir” deyib.

FİFA və UEFA Rusiyanın Ukraynaya hücumuna görə 2022-ci ildə Rusiya Milli Komandası və Rusiya klublarının təşkilatlarında iştirakını qadağan edib.

Xəbərdə “Galatasaray”ın 25 yaşlı futbolçunun transferindən ən azı 10 milyon avro qazanacağını gözlədiyi bildirilib.

Kerem Aktürkoğlunun sarı-qırmızılı klubla 2026-cı ilə qədər müqaviləsi var.

Bahar Rüstəm