Bakı, 16 oktyabr, Sporaz.tv
Türkiyə futbolçu Kerem Aktürkoğlu, İsrailin Fələstində törətdiyi qırğına yenidən reaksiya verib.
Sporaz.tv məlumat verir ki, Portuqaliyanın “Benfica” komandasında çıxış edən türkiyəli futbolçu Kerem Aktürkoğlu, İsrailin hücumu altında Fələstində yaşanan insan faciəsinə bir daha diqqətini çəkib.
Kerem, sosial media hesabındakı paylaşımında bu ifadələrdən istifadə edib:
“Bilirəm ki, hamının dediyi məsələyə ehtiyatla yanaşmaq lazımdır. Amma mənim eşitdiklərim təkcə onlar deyil… Bir xalqın çarəsiz qışqırtısı, ölən uşaqların və dinc əhalinin qırğını. Bəzən evlərində, bəzən də, ibadət yerlərində, bəzən kömək gözlədikləri xəstəxanalarda… Tarix boyu İsraillə Fələstin arasında çox şeylər baş verib, amma indi gördüyüm odur ki, bir xalq məhv olmaq üzrədir. Susmaq necə ola bilər ki, bu cür dəhşət qarşısında. Qırğın dayanmalı, uşaqlar yaşamalıdır, ailələr xoşbəxt olmalıdır… Bəsdir!