Kerem Aktürkoğlundan hat-trick

Bakı, 10 sentyabr, Sporaz.tv

Türkiyə Millisinin UEFA Millətlər Liqasında İslandiyanı 3-1 məğlub etdiyi matçda Kerem Aktürkoğlu 3 qol vurub. Belə ki, Kerem Aktürkoğlu milli forma ilə karyerasında ilk dəfə hat-trick edib.

Sporaz.tv xəbər verir ki, Milli komanda UEFA Millətlər B Liqasında ikinci oyununda İslandiyanı məğlub edib. Türkiyəyə İslandiya üzərində qələbə qazandıran qolları Kerem Aktürkoğlu vurub. Belə ki, Kerem Aktürkoğlu Milli Komandanın forması ilə ilk dəfə matçda hat-trick edib.

Gürcüstan, Latviya, Ermənistan, Monteneqro, Cəbəllütariq və Norveçlə matçlarda qol vuran Kerem Aktürkoğlu ay ulduzlu formada 9-cu qolunu İslandiyaya vurub.

UEFA Millətlər Liqasında Türkiyənin ən erkən qolunu qeyd edən Kerem Aktürkoğlunun qolu Vincenzo Montella dövründə ay-ulduz komandasının vurduğu ən sürətli 2-ci qol oldu.

17 aprel 2021-ci ildə Gürsel Aksel Stadionunda “Göztepe”yə qarşı “Galatasaray”ın heyətində ilk het-trikinə imza atan Kerem Aktürkoğlu eyni stadionda İslandiyaya qarşı da 3 qol vurub. Türk futbolçu karyerasında 4-cü hat-trickinə imza atıb.

Bahar Rüstəm

Leave a Reply